Nazik tel üzərində yerləşdirilmiş isti sarı LED lampalar yolka budaqlarında çox təbii və zərif işıq effekti yaradır. İşıqlı dekor həm yolka bəzəmək, həm də ev, kafe, restoran və fotozona kimi məkanlarda bayram abu-havasını gücləndirmək üçün mükəmməl seçimdir. LED texnologiyası sayəsində enerjiyə qənaət edir, isinmir və uzun müddət problemsiz işləyir.
Görünməyən nazik tel dizaynı işığın daha təmiz və parlaq görünməsini təmin edir. İstənilən ölçülü yolkada istifadə oluna bilər, həmçinin interyer dekorunda minimalistik və isti vizual effekt yaradır.
İsti sarı tonlu mini LED lampalar
Nazik, şəffaf tel dizayn
Enerjiyə qənaət edən LED texnologiyası
Yolka, interyer və fotozona üçün ideal dekor
Təhlükəsiz, isinməyən material