SuperToys-da Karyera
Açıq vakansiyalarımızla tanış olun və sizə uyğun vəzifə üzrə ətraflı məlumat əldə edin.
VAKANSİYA № 1001001 Uşaq Əyləncə Əməkdaşı Əcəmi • Qara Qarayev • Badamdar • Masazır 600 AZN + bonus 14:00–22:00 Ətraflı məlumat
Vakansiya haqqında
SuperToys mağazalarında uşaqlar üçün pozitiv və əyləncəli mühitin yaradılmasında iştirak edəcək, enerjili və ünsiyyətcil əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
- Mağaza daxilində və mağazanın qarşısında uşaqların əyləndirilməsində iştirak etmək;
- Müəyyən saatlarda personaj geyimində uşaqlarla ünsiyyət qurmaq;
- Pozitiv və mehriban atmosfer yaratmaq;
- Şirkətin xidmət və davranış qaydalarına riayət etmək.
Namizədə tələblər
- Uşaqlarla ünsiyyət qurmağı sevmək;
- Gülərüz, enerjili və aktiv olmaq;
- Məsuliyyətli olmaq;
- Komandada işləmək bacarığı.
İş şərtləri
| İş qrafiki |
14:00–22:00 |
| İş rejimi |
Həftədə 6 gün |
| İstirahət |
Həftə içi 1 gün |
| Əmək haqqı |
600 AZN |
| Bonus |
150–200 AZN |
VAKANSİYA № 1001002 Satış Məsləhətçisi Badamdar • Binə • Masazır • Sədərək 500–700 AZN Rəsmi əmək müqaviləsi Ətraflı məlumat
Vakansiya haqqında
SuperToys mağazalarında müştərilərə keyfiyyətli xidmət göstərəcək, məhsullar haqqında düzgün məlumat təqdim edəcək və satış prosesində aktiv iştirak edəcək satış məsləhətçiləri axtarır.
Vəzifə öhdəlikləri
- Müştəriləri qarşılamaq və ehtiyaclarını müəyyənləşdirmək;
- Məhsullar haqqında düzgün və dolğun məlumat təqdim etmək;
- Satış prosesini həyata keçirmək;
- Məhsulların düzgün və səliqəli yerləşdirilməsini təmin etmək;
- Müştəri məmnuniyyətinin qorunmasına çalışmaq.
Namizədə tələblər
- Satış sahəsində iş təcrübəsi arzuolunandır;
- Yüksək ünsiyyət bacarığı;
- Aktiv və məsuliyyətli olmaq;
- Müştəriyönümlü yanaşma;
- Komandada işləmək bacarığı.
İş şərtləri
| Əmək haqqı |
500–700 AZN |
| Məşğulluq |
Rəsmi əmək müqaviləsi |
VAKANSİYA № 1001003 Kassir Novxanı 550 AZN + bonus 10:00–19:00 Ətraflı məlumat
Vakansiya haqqında
SuperToys-un Novxanı filialında kassa əməliyyatlarını dəqiq və məsuliyyətli şəkildə həyata keçirəcək kassir axtarılır.
Vəzifə öhdəlikləri
- Kassa əməliyyatlarını düzgün və vaxtında həyata keçirmək;
- Nağd və kart ödənişlərini qəbul etmək;
- Kassa intizamına və müəyyən edilmiş qaydalara riayət etmək;
- Müştərilərə düzgün və nəzakətli xidmət göstərmək.
Namizədə tələblər
- Diqqətli və məsuliyyətli olmaq;
- Ünsiyyət bacarığı;
- Dəqiqlik və iş intizamına riayət etmək;
- Komandada işləmək bacarığı.
İş şərtləri
| İş yeri |
Novxanı filialı |
| İş qrafiki |
10:00–19:00 |
| Əmək haqqı |
550 AZN |
| Bonus |
150–200 AZN |
Müraciət qaydası Müraciət zamanı vakansiyanın adını və elan nömrəsini qeyd etməyiniz xahiş olunur. Uyğun hesab edilən namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılır.