Məktəbli su qabı Sanrio kolleksiyası – Cinnamoroll, Kuromi, Pompompurin və Hello Kitty dizaynlarında təqdim olunur. Şəffaf davamlı plastik materialdan hazırlanıb, üzərində sevimli Sanrio personaj fiqurlu silikon tutacaq var. Hər modelin içində uyğun rəngdə çiyin qayışı mövcuddur. Qapaq hissəsi kilid mexanizmi ilə təchiz olunub, bu da sızma ehtimalını azaldır. Məktəb, idman, piknik və gündəlik istifadədə rahatlıq təmin edir.Bu məhsulu Supertoys mağazalarından və onlayn satışdan əldə edə bilərsiniz.
Xüsusiyyətlər:
Material: Davamlı şəffaf plastik
Dizayn: Sanrio fiqurlu silikon tutacaq (Cinnamoroll, Kuromi, Pompompurin, Hello Kitty)
Rəng seçimləri: Mavi, bənövşəyi, sarı, çəhrayı
Qapaq: Kilidli, sızma əleyhinə
Aksesuar: Uyğun rəngdə çiyin qayışı
İstifadə sahəsi: Məktəb, idman, açıq hava gəzintiləri