Super Fun Fruit Car – uşaqlar üçün maraqlı meyvə formalı bloklarla təchiz edilmiş rəngarəng maşın oyuncağıdır. Körpələr bu maşının üst hissəsindəki dəliklərdən uyğun fiqurları yerinə salaraq həm əylənir, həm də forma və rəngləri öyrənirlər. Bu interaktiv oyuncaq uşağın məntiqi düşüncəsini və motor bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub.
Bu məhsulu Supertoys mağazalarından və onlayn satışdan əldə edə bilərsiniz.
◉ Rəngarəng meyvə formalı fiqurlar
◉ Fiqurları uyğun deşiklərə yerləşdirmə oyunu
◉ Təkərlərlə hərəkət edən oyuncaq maşın
◉ Fiziki və zehni inkişafı təşviq edir
◉ Yaş həddi: 18 ay və yuxarı