Rummikub Classic rəqəmlərlə oynanılan, məntiqi düşüncə və strateji qərarverməyə əsaslanan məşhur stolüstü oyundur. Oyunçular eyni rəqəmləri və ya ardıcıl rəqəm sıralarını quraraq öz fişlərini masaya düzürlər. Əsas məqsəd bütün fişləri ilk bitirən olmaqdır. Oyun həm diqqəti, həm də riyazi düşüncəni inkişaf etdirir. Ailəvi ortamda, dostlarla və ya öyrədici məqsədlərlə istifadə üçün uyğundur.
Rəqəm əsaslı strateji masa oyunu
2-4 nəfərlə oynamaq mümkündür
Rəngli və oxunaqlı plastik fişlər
Daxildə oyun lövhələri (rəflər) mövcuddur
Riyazi və məntiqi bacarıqları inkişaf etdirir
Ailə və dostlarla oynamaq üçün ideal seçim
Yaş həddi: 7+