Hidrolik Qaldırma Platformu STEM Oyuncağı uşaqlar üçün nəzərdə tutulmuş maarifləndirici və praktik tədris dəstidir. Məhsul hidravlik maye təzyiqi prinsipi əsasında işləyir və mexaniki makaslı qaldırma sisteminə malikdir.
Taxta materialdan hazırlanmış hissələr uşaqlar tərəfindən yığılıb istifadəyə verilə bilər. Şprislər vasitəsilə idarə olunan hidrolik sistem platformanın yuxarı və aşağı hərəkətini təmin edir. Bu, uşaqlara fizikanın əsas qanunlarını – təzyiq, qüvvə və tarazlıq anlayışlarını real nümunə üzərində öyrənməyə imkan yaradır.
STEM təhsil konsepsiyasına tam uyğundur
Hidrolik maye təzyiqi ilə işləyən mexanizm
Makas tipli qaldırma sistemi
Ekoloji və yüngül taxta material
Əl bacarığını və məntiqi düşünməni inkişaf etdirir
Problem həll etmə və yaradıcılıq qabiliyyətini artırır
Məktəb layihələri və evdə öyrənmə üçün idealdır
6 yaş və yuxarı uşaqlar üçün uyğundu