Rocket Maşın Qarajı uşaqlar üçün maraqlı və əyləncəli oyun dəstidir. Raket formasında hazırlanmış bu çoxmərtəbəli qaraj modeli maşın sevən uşaqların diqqətini cəlb edir və uzun müddət maraqlı oyun imkanı yaradır.
Dəstdə rampalı yol, parkinq yerləri və oyuncaq maşınlar üçün giriş-çıxış hissələri mövcuddur. Uşaqlar maşınları mərtəbələr arasında hərəkət etdirərək öz şəhər və qaraj oyunlarını qura bilərlər.
Bu oyuncaq uşaqların təxəyyülünü, motor bacarıqlarını və koordinasiyasını inkişaf etdirir. Hədiyyə üçün çox uyğun seçimdir.
Bu məhsulu Supertoys mağazalarından və onlayn satışdan əldə edə bilərsiniz.